BDU-dan bildirilib ki, görüşün məqsədi tələbələrdə ekoloji düşüncə tərzinin formalaşdırılması, nadir, nəsli kəsilməkdə olan növlərin qorunmasına dair biliklərin artırılması olub.
Tədbirdə WWF-in Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Könül Əhmədova ölkəmizdə nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi sahəsində həyata keçirilən mühüm layihələr haqqında təqdimat edib. O, ceyranların təbiətə qaytarılması (reintroduksiya), eləcə də bəbirlərin və Qafqaz kəllərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Görüş interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.
