Sizin reklam burada
Sizin reklam burada
  • Zərifə xanımın işıqlı həyatı hər birimiz, həkim olaraq şəxsən üçün etalon, örnəkdir

    Rəşad Mahmudov
    Tibb elmləri doktoru

    Aprelin 15-i Zərifə xanım Əliyevanın anım günüdür. Həyatının böyük hissəsini səhiyyəmizin inkişafına həsr edərək qaranlıqla mübarizədən qalib ayrılan Zərifə xanımın işıqlı həyatı hər birimiz, həkim olaraq şəxsən üçün etalon, örnəkdir. Onun elmi yanaşmaları, dərslikləri, əsərləri bu gün durmadan inkişaf edən milli səhiyyəmizin sərvətidir.
    Bununla yanaşı, Zərifə Əliyeva xalqın həyatında müstəsna xidmətlər göstərərək əbədiyyət qazanmış Ulu öndərin ömür-gün yoldaşı, təkcə qonşu düşmən ölkə ilə deyil, səlibçi dünya ilə döyüşərək Azərbaycanın ərazi bütövlüyünü tam təmin edərək evimizə zəfər gətirən, tarixi haqqımızı bizə qaytaran Qarabağ fatehinin, ümumxalq Qəhrəmanının anasıdır. Bugünkü qüdrətimiz, bütövlüyümüz və bunun ardınca yaşadığımız milli xoşbəxtliyimiz Zərifə xanımın ana kimi tərbiyə etdiyi Sərkərdənin tarixi xidmətidir. Ona görə də Zərifə xanım alim, ziyalı, ictimai xadim, ANA kimi ucalıqdadır və həmişə o yüksəklikdə sevgi ünvanı kimi qalacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ