Sizin reklam burada
Sizin reklam burada
  • Respublika Psixiatriya Xəstəxanası PHŞ-də çağırışçıların hərbi həkim müayinəsi şəffaf qaydada keçirilir

    Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında ölkə Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı respublikamızın hüquqi inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu qərar hüquqi sistemin təkmilləşdirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması və konstitusiya əsaslarının möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər. Sərəncamda qeyd edilmişdir: "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".
    Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Əsas Qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.
    44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də dövlətimiz siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdə davam etdi. Dövlətimizin İkinci Qarabağ müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirildi. Belə ki, Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuş, ərazilərimizin minalanması davam etdirilmişdir. 2023-cü il sentyabrın 19-da törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı. 24 saatdan az müddətdə davam etmiş əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Bununla da Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və bu milli dövlətçilik tariximizə növbəti şanlı səhifə olaraq daxil oldu. Həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi iradəsi və qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində mümkün oldu. Dövlətimiz ildən-ilə güclənərək inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət başçısı tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər, ümumilikdə, müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib.
    "Biz birlikdə güclüyük" devizi altında ölkəmizin günü-gündən çiçəklənməsində, qüdrətlənməsində, hərtərəfli inkişafında heç şübhəsiz xalqımızın gücü, milli birliyimiz, həmrəyliyimiz müstəsna rola malikdir. Bu mənada ölkəmizdə əqli və fiziki cəhətdən sağlam ruhlu gənclərin yetişdirilməsind hər birimizin çiyinlərinə məsuliyyət yükü düşür. Xüsusən, ayrı-ayrı tibb müəlssisələri, səhiyyə-sağlamlıq ocaqları bu baxımdan zəruri olaraq əzmkarlıqlarını artırmalı, sağlam gəncliyin inkişafına öz töhfələrini verməlidirlər. Onu da etiraf etməliyik ki, bu gün qüdrətli Ordumuzun dayaqları fiziki və taktiki cəhətdən tam hazırlıqlı yetişən gənclərin, sağlam nəslin çiyinləri üzərindədir. Onların həqiqi hərbi xidmətə yola düşməzdən öncə təcrübəli, ixtisaslı, vətənpərvər həkim müayinələrindən keçirilməsi isə mütləqdir. Son vaxtlar məhz bu istiqamətdə səffaflıgın qorunmasına yönələn diqqət, nəzarət bir qədər də gücləndirilmiş, hərbi komissarlıqlarda baş qaldıran neqativ hallar demək olar ki, aradan qaldırılmışdır. Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə bu baxımdan həqiqi hərbi xidmətə çağırılan gənclərin pxisoloji, psixatrik, ruhi, əqli durumu ilə bağlı narahtlıq doğuran hallar təcrübəli psixiatr həkimlər tərəfindən şəffaf qaydada nəzarətə götürülür, yüksək peşəkarlıqqla doğru-düzgün müayinə olunur, zərurət yarandığı halda çağırışçılar stasionar qaydada müalicəyə cəlb olunur, sağlıq durumu qənaətbəxş olanlar, yəni psixoloji, psixiatrik problemi olmayanlar həqiqi hərbi xidmətə yararlı hesab edili.
    Qeyd etdiklərimizin bilavasitə əyani şahidi olmaq istəyənlər çağırışçılarla bağlı keçirilən həkim komissiyasını buyurun gəlib canlı şəkildə müsahidə edə bilər və komissiyanın sədri RPX PHŞ-nin baş direktor müavini, peşəkar psixiatr həkim Elxan Əsədovun və onunla bahəm komissiya üzvlərinin fəaliyyəti ilə yaxından tanış ola bilər.
    Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Elxan Əsədovla yanaşı, komissiya üzvləri Musa Musayevin, Cəmilə Həsənovanın və Aydan Quliyevanın da fəaliyyəti son dərəcə pozitiz, təqdirəlayiq olmaqla, ədalətli, vicdanlı, doğru-düzgün, vətənpərvərlik prinsiplərinə söykənir. Onlar çağırışçılarla olduqca səmimi, qaygıkeş, nəzakətli davranır, narahatlıq doğuran ruhi-əsəb problemləri ilə bağlı sorğu-sual aparır, səbəb və nəticəni xüsisi peşəkarlıqla araşdırır, əsas mahiyyətin nədən ibarət olduğunu müəyyənləşdirdikdən sonra ədalətli rəy bildirirlər. Təbii ki, çağırışçıda xəstəlik həqiqətən aşkar olunarsa yararsız yazılır, sağlıq durumu yerində olarsa, əqli pozuntu, ruhi-əsəb problemi olmadığı halda ona sağlam diaqnozu qoyulur. Ötən gün sözu gedən xəstəxanaya yolum düşmüşkən, bu istiqamətdə bir araşdırma yazı hazırlamaq qərarına gəldim və öncə komissiyaya cəlb olunan xəstələrlə ayrı-ayrılıqda söhbətlər apardım. Hər biri bir ağızdan təşkil olunan komissiyanın işindən, onlara göstərilən səmimi münasibətdən, ümumilikdə həkimlərin fəaliyyətindən öz razılıqlarını bildirdilər. Qeyd etdilər ki, burada çağırışçılara heç bir fərq, ayrı-seçkilik qoyulmadan qayda-qanuna uyğun doğru-düzgün, eyni zamanda operativ qaydada yanaşılır, problemli xəstələr həqiqi hərbi xidmətə yararsız, sağlamlar isə yararlı hesab olunur.
    Son olaraq üzumü söz adamlarına, həmkarlarıma tutub demək istəyirəm ki, qardaşlar, gəlin Sabir babamız demiş, düzü düz, əyrini əyri, pisi həmvar yazaq. O halda sözümüzun qüdrəti, mənliyimizin isə çəkisi heç zaman aşağı enməyəcək. Bu qədər.

    Bəradər Səməndərli
    "Atributinfo.az" və "Atribut" qəzeti

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ