Sizin reklam burada
Sizin reklam burada
  • Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalına start verildi

    Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmidar Cəmiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur.
    FESTİVAL AZƏRBAYCAN VƏTƏNDAŞLARI VƏ ƏCNƏBİLƏRİN AZƏRBAYCANI DAHA YAXINDAN TANINMASINA VƏ SEVMƏSINƏ XIDMƏT MƏQSƏDILƏ ELAN OLUNUR.
    ŞÜAR: AZƏRBAYCAN SƏNİ SEVİRƏM!
    MÖVZU: MƏNİM GÖZLƏRİMLƏ AZƏRBAYCAN!
    YANAŞMA: İZAH YAZMADAN AZƏRBAYCAN RUHUNU, ÖZÜNÜ ƏSƏRDƏ HISS ETDIRMƏK.
    TÖVSİYYƏ OLUNAN MÖVZULAR:
    •TƏSVİRİ VƏ TƏTBİQİ SƏNƏT NÜMUNƏLƏRİ
    •TARİXİ VƏ GÖRMƏLİ MƏKANLAR
    •PEŞƏ SAHİBLƏRİ VƏ ONLARIN VE FAALİYET ALANLARI
    •VƏTƏNPƏRVƏRLİK ,MƏTBƏX,MƏİŞƏT VƏ GEYİM
    •HƏYAT TƏRZİ, MUSİQİ ,ƏDƏBİYYAT
    YAŞ HƏDDİ: 8-21 yaş arası
    Əsər qəbulu üçün son tarix: 15 aprel 2025 -ci il
    Ölçü : 30x40sm-ə qədər
    Texnika :akvarel ,qarışıq texnika
    Əsərlərin qəbul ünvanı: artfestival 2025@gmail.com

    İştirakçı anketi:
    1 Əsərin fotosu
    2. Əsərin adı
    3. Ölçü və texnika
    4. Soyadı, adı
    5. Təvəllüdü
    6. Məktəbi
    7. Əlaqə

    • İştirakçı ən çox 3 əsərlə qatıla bilər .
    • Əsərlər tət-tək göndərilməli, məlumatlar dolğun olmalıdır .
    Müəllifin duyğu və düşüncələri nəzərə alinmaqla, yanaşma ,
    kompozisiya, rəng həlli əsas götürüləcək.
    • Seçim yaş kateqoriyasına uyğun :8-12, 13-16 , 17-21 aparılacaq.
    • Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!
    • 8 may tarixində ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək.
    • Seçilmiş əsərlərin online kataloqu hazırlanacaq.
    • Hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək.
    • Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
    • Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq.
    • Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I ,II,III yerlər,
    həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırılacaq.
    • Əcnəbilər tərəfindən email poçta göndərilən əsərlər arasından seçilmiş
    əsərlər tərəfimizdən çap olunaraq çərçivədə sərgilənəcək və əsəri
    sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
    • Əcnəbilər öz hesabına sərgilərdə və festivalda əyani olaraq iştirak edə bilər.
    • Müsabiqə və festivalda iştirak ödənişsizdir.
    • Əlavə suallar üçün tel/whatsapp: +994 51-310-74 01
    Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi
    Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025
    Tel: (+994) 12 490 84 51/52/53

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ