Ayrı-ayrı Səfərbərlik və hərbi xidmətə çağırış idarələri tərəfindən istiqamət üzrə müxtəlif tibb müəssisələrinə səhhətlərində narahatlıq doğuran məsələlərlə bağlı müayinə olunmaq məqsədilə göndərilən çağırışçı gənclərin həqiqi hərbi xidmətə yararlı və ya yarasız olması barədə həkimlərin rəyləri başlıca amillərdən biridir.
Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə bu baxımdan həqiqi hərbi xidmətə çağırılan gənclərin pxisoloji, psixatrik durumu ilə bağlı narahtlıq doğuran hallar yüksək ixtisaslı psixiatr həkimlər tərəfindən nəzarətə götürülür, doğru-düzgün müayinə olunur, zərurət yarandığı halda çağırışçılar stasionar qaydada müalicəyə cəlb olunur, sağlıq durumu qaydasında olanlar, psixoloji' psixiatrik problemi olmayanlar həqiqi hərbi xidmətə yararlı hesab edilir, aidiyyatı qurumlara bu barədə müvafiq cavab sənədləri ünvanlanır. Bütün bunların əyani şahidi olmaq istəyənlər burada çağırışçılarla bağlı keçirilən həkim komissiyasını müsahidə edə bilər və komissiyanın sədri peşəkar psixiatr həkim Elxan Əsədovun fəaliyyətini ilə yaxından tanış ola bilər. Təbii ki, Elxan Əsədovla yanaşı, komissiya üzvləri Musa Musayevin, Cəmilə Həsənovanın və Aydan Quliyevanın da fəaliyyəti diqqət cəlb edir və son dərəcə ədalətli, vicdanlı, doğru-düzgün, vətənpərvərlik prinsiplərinə söykənir. Onlar çağırışçılarla olduqca səmimi, qaygıkeş, nəzakətli davranır, narahatlıq doğuran ruhi-əsəb problemləri ilə bağlı sorğu-sual aparır, səbəb və nəticəni araşdırır, əsas mahiyyətin nədən ibarət olduğunu müəyyənləşdirdikdən sonra ədalətli qərar çıxarırlar. Xəstəlik həqiqətən aşkar olunarsa yararsız yazılır, sağlıq durumu yerində olarsa, əqli pozuntu, ruhi-əsəb problemi olmadığı halda çağırışcıya sağlam diaqnozu qoyulur.
Ötən gün sözu gedən xəstəxanaya yolum düşmüşkən, bəzi neqativ fikirlərə aydınlıq gətirmək məqsədilə bu istiqamətdə bir araşdırma yazı hazırlamaq qərarına gəldim və öncə komissiyaya cəlb olunan xəstələrlə ayrı-ayrılıqda söhbətlər apardım. Hər biri bir ağızdan təşkil olunan komissiyanın işindan, həkimlərin fəaliyyətindən öz razılıqlarını bildirdilər. Qeyd etdilər ki, burada çağırışçılara heç bir ayrı-seçkilik qoyulmadan qayda-qanuna uyğun doğru-düzgün, eyni zamanda operativ qaydada yanaşılır, problemli xəstələr həqiqi hərbi xidmətə yararsız, sağlamlar isə yararlı hesab olunur. Bunun üçün öncədən müayinəyə gələn hər bir çağırışçıdan laborator analizlər götürülür, müəyyən müayinələr aparılır və sonda komissiyaya cəlb olunur. Komissiya üzvləri isə müayinənin nəticələrini əsas tutaraq hər bir çağırışçını növbə ilə ayrı-ayrilıqda qəbul edir, müvafiq qaydada sual-cavab edir, tam doğru-düzgün rəy verirlər. Bu qədər.
Necə deyərlər, getdik, gördük, yazdıq!
Bərabər Səməndərli
AZB, AJB və AYB-nin üzvü, şair-jurnalist
"Atribut" qəzetinin və "atributinfo.az"ın baş redaktoru
