
Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə İttifaqın 90 illik yubileyi münasibətilə Berlində təşkil olunan klassik musiqi gecəsində jurnalistlərə müsahibəsində deyib.
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinin geniş qeyd edildiyini vurğulayan Firəngiz Əlizadə bildirib: "İttifaqın 90 illiyinə həsr olunan konsert və plenumları Şuşada, Gəncədə, Şəkidə təntənəli şəkildə keçirdik. Çox məmnunam ki, yubiley tədbiri bu gün də Berlində təşkil olunur. Əminəm ki, konsertimiz tamaşaçıların xoşuna gəldi. Doğrudan da Azərbaycan musiqisi çox gözəl, əsrarəngizdir və bunu həmişə hər yerdə etiraf edirlər".