Sizin reklam burada
Sizin reklam burada
  • İltizam Yusufov: "Bu gün qız balalarımızın günüdür"

    "Bu gün, 11 oktyabr-Beynəlxalq qız uşaqlarının günüdür. Bu gün, bütün dünyada qız uşaqları ilə bağlı olan sosial problemlərə və bərabərsizliklərə diqqət çəkmək üçün BMT tərəfindən təsis olunub."
    Bu sətirləri VI çağırış Milli Məclisin deputatı İltizam Yusufov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, bu problemlərə həmçinin dünya dövlətlərində təhsil, qidalanma, səhiyyə, sosial hüquqlar, ayrı-seçkilikdən, zorakılıqdan və məcburi uşaq nikahından müdafiə imkanları da daxildir:
    "Bizim ölkədə bu sahədə elə böyük problem yoxdur. Ara-sıra erkən nıgahlar haqqında eşidirk və bu da artıq istər qanuni baxımdan, istərsə də artıq insanların təfəkkürü baxımından öz həllini tapıb. Qızlarımız istər təhsildə, istərsə də cəmiyyətdə fəaliyyət baxımından çox aktivdirlər.
    Biz ailə dəyərlərinə bağlı bir xalqıq. Mental olaraq da biz qız uşaqlarına böyük dəyər veririk. Necə deyərlər ataya, anaya qalan qız olur. Əslində bütün balalarımız, istər oğlan, istər qız olsun gözəl və ağıllıdırlar! Amma bu gün qız balalarımızın günüdür. Mən hər birini təbrik edir və onlara xoş gələcək arzulayıram."- İltizam Yusufov qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ