Regional Xarici Əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin mətbuat xidmətindən "İnquşetiya" qəzetinə məlumat verilib.
Tədbir çərçivəsində “Rusiya Federasiyasının 2025-ci ilədək olan dövr üçün Dövlət Milli Siyasəti Strategiyasının həyata keçirilməsində milli-mədəni muxtariyyətlərin və diasporların rolu haqqında” mövzusunda dəyirmi masa təşkil olunub. Müzakirədə Respublikanın Millətlər Nazirliyinin əməkdaşları, eləcə də Xalqlar Məclisinin, Dostluq Evinin və müxtəlif ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
“Azərbaycan Mədəniyyəti Gününün kulminasiya nöqtəsi İnquş estrada artistlərinin və İnquşetiya Azərbaycanlıları “Şuşa” Milli Mədənı Mərkəzinin rəhbəri Babayev Rəhmətullanın çıxış etdiyi konsert olub. Bayram Azərbaycan icmasının nümayəndələrinə qramotaların verilməsi və bufet süfrəsi ilə başa çatıb”.
Bu tədbirin İnquşetiya ərazisində yaşayan müxtəlif xalqlar arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yeni töhfələr verəcəyi təşkilatçılar tərəfindən xüsusi olaraq vurğulandı.
İnquşetiya Azərbaycanlıları “Şuşa” Milli Mədənı Mərkəzinin rəhbəri Rəhmətulla Babayev tədbirin təşkilatçısı
Rusiya Xalqları Assambleyasının İnquşetiya şöbəsi üzrə sədri Baraxolka Madina Maqametovnaya öz dərin təşəkkürünü bildirdi.
Elçin Şükür
