Agentliyin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva və həmin şöbənin əməkdaşı Emil Lətifov Əqi Mülkiyyət Agentliyinin kollektivinə təlim keçiblər. Onlar təlimdə icbari tibbi sığorta haqqında ümumi məlumat, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta haqları, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı və bu kimi mövzular haqqında ətraflı məlumat veriblər.
Tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının mövzuya dair sualları cavablandırılıb.
