Sizin reklam burada
Sizin reklam burada
  • Oruç tutmaq kimlərə olmaz?

    Artıq Ramazan ayının 2-ci gününü yaşayırıq. Bu münasibətlə butün müsəlman əhlini təbrik edir, oruc-namazlarının, dualarının, niyyətlərinin qəbul olunmasını uca Allahdan arzu edirik. Bu arada Milli Meclisin deputatı, tıbb elmləri üzrə fəlsəfə doktoru, professor Rəşad Mahmudov özünün Feysbuk səhifəsində oruc tutmağın orqanizmə faydaları ilə bağlı olduqca diqqət çəkən paylaşım edib. R. Mahmudovun qeydlərində tibbi cəhətdən bir çox suallara aydınlıq gətirildiyini nəzərə alaraq nöqtəsinə, vergülülünə toxunmadan saytmızda paylaşmaq qərarına gəldik:
    "-Bu gün Sizə oruc tutmağın mənəvi-psixoloji tərəflərindən söhbət açmayacağam. Çünki bu, hamıya məlumdur.
    Sizin üçün çoxlarının doğru bildiyi, əslində isə yanlış olan bəzi fikirlərə qısaca aydınlıq gətirmək istəyirəm:
    "Xəstəsənsə, oruc tutmaq olmaz. Bunu mənə həkimim dedi!"
    "Yüksək təzyiqin və şəkərin varsa, oruc tutmaq təhlükəlidir!"
    Bilməliyik ki,
    1. Orucun orqanizmə bərpaedici (DNT) təsiri var.
    2. Orucun xərçəng hüceyrələrini hazır glikozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilmişdir.
    3. Orucun sərbəst radikalların təsirinə maneə törətdiyi bilinməkdədir.
    4. Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu Glikoneogenezis'i fəaliyətə keçirtdərək etməkdədir.
    5. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kökhüceyrələrin əmələ gəlməsinə təkan verdiyi göstərilmişdir.
    Qısaca, orucun, eləcə də planlı və istəkli açlığın ömrü uzatdığını tibb elmi sübut etmişdir.
    Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir.
    Ən böyük fayda isə, bir ayın sonunda çəkinin ən az %5 azalmasıdır.
    Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir!
    Hər birinizə mənalı, xoşbəxt, təhlükəsiz və xəstəliklərdən uzaq bir ömür arzulayıram!"- Paylaşımda deputat bildirir.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ