Milli Məclisin deputatı,
tibb üzrə fəlsəfə doktoru, professor
2023-cü ilin Sentyabrında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən, Xəzər dənizi ilə Talış dağları arasında yerləşən bölgənin ən qədim meşələrindən biri olan Hirkan Meşələrinin yerləşdiyi Hirkan Milli Parkının bu gün yaradılmasının 20 ili tamam olur.
9 Fevral 2004-cü ildə Lənkəran və Astara rayonları ərasisində yaradılan Hirkan milli parkının 21,3 min hektar ərazisindən 18,3 min hektarı #BizimAstara-nın ərazisisinə düşüb. Hazırda parkın ərazisi 41 min hektara çatdırılıb.
Talış dağlarının qoynunda yerləşən, IV dövrün buzlaşmasına məruz qalmayaraq III dövürdən günümüzə qədər yol alan, üzəri həmişə sis duman olan qədim Hirkan meşələrinin hər min hektarına 32 bitki növü düşür. Bu göstəriciyə görə milli park Qafqazın xarakterik floraya malik 18 ərazisi arasında birinci yeri tutur.
Azərbaycanda yayılan 435 ağac və kolun 150-si Hirkan meşələrində bitir, onlardan 36-sı isə endemikdir. Burada “Qırmızı Kitab”a daxil edilmiş Hirkan şümşadı, Hirkan ənciri, ipək akasiyası, ürəkyarpaq qızılağac, vəhşi heyvan növlərindən isə ayı, vaşaq, dağ keçisi, xallı maral, çöl donuzu, bəbir və s. qorunur.
P.S. Hirkan Milli Parkı fotoqrafların gözü ilə...
Şəkillər bizim Astaramızda çəkilib.
