"Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, ölkədə təhsilin inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin hər zaman müəllimə yüksək qiymət verdiyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və bu islahatların Azərbaycan təhsilinə qazandırdığı uğurlardan geniş və ətraflı məlumat verib.
Tədbirdə çıxış edən digər natiqlər də “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə müəllimləri təbrik edərək, onlara xoş arzularını çatdırıblar.
Sonra təhsildə fərqlənən bir qrup müəllim Göygöl Rayon İcra Hakimiyyətinin, rayon üzə Təhsil sektoru və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl rayon Komitəsinin Fəxri Fərmanları və xatirə hədiyyələri ilə təltif ediliblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
