Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı AÇIQLANDI

    Ötən il süd vəzisinin xərçəngi diaqnozu ilə 16 202 nəfər qeydiyyatda olub.
    Bu sözləri Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib. O bildirib ki, 2022-ci ilin statistikasına görə, bunlardan 7064 nəfəri 5 il və 5 ildən artıq yaşayanlardır.
    “Döş vəzisi xərçəngi ilə qeydiyyatda olan kişilərin sayı isə 48 nəfərdir”, - deyə o əlavə edib.
    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə süd vəzisinin diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2565 nəfər olub.
    Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ