Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov , Mil - Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəb kollektivi iştirak ediblər.
"Atributinfo.az" xəbər verir ki, tədbir iştirakçıları yenidən tikilmiş məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, məktəb 320 şagird yerlikdir. Təhsil müəssisəsində müasir sinif otaqları ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, kitabxana, akt və idman zalı, yeməkxana mövcuddur.
Bəradər Səməndərli
"Atributinfo.az"
