Sizin reklam burada
Sizin reklam burada
  • Cəmil Fərəcov vəfat etdi

    Atributinfo.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.
    Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
    Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
    Qeyd edək ki, C.Fərəcov 3 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib.
    Kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?" və digər onlarla filmdə rejissor kimi imzası var.
    Allah rəhmət eləsin!

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ