Vətən oğullarına diqqət-qayğı Xəstəxananın qarsıya qoyduğu ümdə məsələdir
Məhz baş direktorun göstərişinə uyğun olaraq Vətən Müharibəsi zamanı döyüşdə aldıqları baş-beyin travmasının müayinə və müalicəsi ilə əlaqədar olaraq buraya axın-axın üz tutan müharibə iştirakçıları elə ilk andan qəbul otağında yüksək hörmətlə, nəzakətlə qarşılanır, Xəstəxanın təcrübəli psixiatr həkimləri tərəfindən onlara hər cür şərait yaradılır, o cümlədən düzgün diaqnoz qoyulur və diaqnoza uyğun lazimi tibbi-müalicəvi xidmət göstərilir. Müalicə aldıqları müddətdə eyni zamanda Qazilər yüksək kaloriyalı, təmiz və keyfiyyətli qidalanma ilə təmin olunurlar. Müalicə müddətində, həmçinin təyin edilən günlərə uyğun həkim komissiyası təşkil olunur, xəstəliklərinin ağırlığından və ya yüngüllüyündən asılı olaraq, tibbi-müayinəvil baxısın nəticələrinə əsasən tibb vərəqələrinə müvafiq qaydada diaqnoz qeydləri yazılır.
Çağırışçılar razılıq edirlər
Qeyd edək ki, sözügedən xəstəxanaya Qazilərlə yanaşı, həqiqi hərbi xidmətə çağırış müddətlərində aidiyyatı səfərbərlik və hərbi xidmətə çağırış idarələri tərəfindən müayinə olunmaq məqsədilə göndərilən çağırışçılara da oxşar diqqət və qayğı göstərilir, qeydə alınan hər bir çağırışçı burada bir sıra analizləri verdikdən sonra, müəyyən olunan gündə növbə ilə hərbi həkim komissiyasından keçirilir. Komissiyanın sədri Elxan Əsədov başda olmaqla, komissiya üzvləri Musa Musayev, Oqtay Tapdıqlı, Cmilə Həsənova, Aydan Quliyeva çağırışçıların hər birini diqqətlə dinləyir, hərəkət, davranış və danışıqları ilə yaxından tanış olur, onları narahat edən bu və digər cəhətləri ilə bağlı sual-cavab edir və hər hansı psixioloji, psixiatrik hal müşahidə olunan çağırışçının hərbi xidmətə yaralı və ya yararsız olduğuna dair ədalətli qərar qəbul edir, sağlıq durumunda narahatlıq doğuran hansısa psixi əlamətlər aşkar olunmadıqda isə çağırışçının həqiqi hərbi xidmətə yararlılı olması ilə bağlı sənədi imzalayırlar.
Qeyd:
Qəbuldan material hazırlayarkən dindirdiyimiz hər bir çağırışçı yuxarıda qeyd etdiklərimizi təsdiqlədi, burada özlərini çox rahat hiss etdiklərini, göstərilən təkcə tibbi deyil, həmcinin insanlıq nümunəsindən, həkim qayğısından razı qaldıqlarını bildirdilər.
Bəradər Səməndərli
"Atributinfo.az"
