Mənim canım oğlum sənə arzuların ən gözəlini arzulayıram. Hər zaman sağlam hər zaman gözəl günlər nəsibiniz olsun. Uğurlarınla sevindirəsən bizi. Ad günün mübarək, mənim balaca, Qubadım!
***
Sənə layiq olacam
(Şəhid Qubad Əliyevin xatirəsinə)
Səndən sonra gəlmişəm sən olmayan dünyana,
Kaş bir möcüzə ola, mənim atam oyana.
Məzarına dönməyə qala bizlə əbədi,
Bu balaca qəlbimin olmasın bir də dərdi.
Mən də görəm atamı, o qəhrəman adamı,
Onlu xoş günlər ilə bəzəyəm bu dünyamı.
Deyirlər mənim atam sevərmiş bu həyatı,
Rəksmiş, musiqiymiş atamın da qanadı.
Həyət dolu birinə yaraşarmı heç məzar,
Niyə puç oldu belə mən gəlməmiş arzular.
Mənim atam sinəsin verdi güllə önünə,
Ən şərəfli ölümü seçdi özü-özünə.
Şəhid oldu vətənçün, axdı qanı torpağa,
O canıyla, qanıyla bağlı idi bayrağa.
Mən şəhid övladı tək bu dünyaya gəlmişəm,
O qəhrəman atamı heç görə
bilməmişəm.
İndi onun adını qürurla daşıyıram,
Mən də igid Qubat tək, qürurlu yaşıyıram.
Fəxr edirəm, atacan, səninlə hər bir zaman,
Sənə layiq olacam yaşadığım hər bir an.
Esmira Günəş
"Atributinfo.az"
