Bu barədə "Atributinfo.az"-a açıqlama verən deputat İltizam Yusifov:
"Tədbirdə AMEA-nın prezidenti, Ekologiya və təbii sərvətlər naziri, millət vəkilləri, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri, səfirlər, alimlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak edirdilər.
İki cilddə olan "Qırmızı Kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.
Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən görülən işlərə görə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə, onların çoxsaylı kollektivinə təşəkkürümü bildirirəm."- Deputat demişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
/atributinfo.az/
