Sizin reklam burada
Sizin reklam burada
  • Şəhid anasına gözlənilməz sürprizlər oldu

    Mayın 24-ü Sumqayıt şəhidlərindən Rüfət Mustafayevin anası Afət xanımın ad günüdür.
    "Atributinfo.az" xəbər verir ki, şəhidin bir çox kitabının müəllifi şairə Esmira Günəşin təşəbbüsü ilə şəhid anası üçün müxtəlif sürprizlər hazırlanıb. İlk öncə müxtəlif bölgələrdən gələn təbrik videolarını bir araya toplayan şairə xanım hazırladığı videoçarxı şəhid anasına göndərib. Daha sonra Sumqayıt şəhər İnternat tipli gimnaziyanın müəllim və şagird kollektivi şəhidin evini və abidəsini təntənəli şəkildə ziyarət ediblər. Abidə önündə şagirdlər müxtəlif kompazisiyalarla çıxışlar ediblər. Daha sonra şairə Esmira Günəş övladlarıyla birlikdə Afət xanımı ziyarət edərək ad günü təbriklərini çatdırıb. Həmin vaxt Sumqayıt şəhər Corat qəsəbəsi 7 saylı məktəbdə şəhid Rüfət Mustafayevin adını daşıyan sinif otağının müəllimi Solmaz müəllimə və şagirdləri gül-çiçək dəstələri ilə şəhidin ailəsini ziyarət ediblər. Evin yeganə övladını vətənə qurban verən şəhid anasını tək qoymayan xalqımızın mərd ürəkli nümayəndələri var olsunlar.
    Onu da qeyd edək ki, təbrik videolarında Şəhid Qubad Əliyevin oğlu Elcan bala, şairə Esmira Günəşin oğlu Elgün bala, Sumqayıt şəhər 26 saylı məktəb, Qubadlı rayon Kavdadıq kənd məktəbi, Sumqayıt şəhər 7 saylı məktəb, Sumqayıt şəhər İnternat tipli gimnaziya, Cəbrayıl rayonu Cocuqmərcanlı kənd tam orta məktəb, şairə Esmira Günəş, Şəhid Rüfət Mustafayev adına "Buta" rəqs dərnəyinin rəhbərliyi, Şirvandan balaca şair Emin Bayramlı, şairə Esmira Günəşin qızı Elay bala, Pirallahı kitabxana rəhbərliyi ürəklə iştirak ediblər. Biz də sayt rəhbərliyi olaraq şəhid Rüfət Mustafayevin anası Afət xanımı ürəkdən təbrik edir, uzun ömür can sağlığı arzulayırıq.


    Dilarə Zeynalova
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ