"Atributinfo.az"
Xocavənd rayonu
Əvvəlcə güc nədir, onu deyim. Güc, Laçındakı tankın hərəkətinə, havadakı təyyarələrin uçmağına, yerdəki silahlı və silahsız nəqliyyat vasitələrinin hərəkətinə səbəb olan şeydir.
Bu Las Vegasda da, Londonda da, Berlində də, Beyləqanda da eynidir.
Yəni qısaca, dünyada baş verən siyasi, iqtisadi proseslərə, külli qırğınlara səbəb olan başlıca proseslərə səbəb gücdür.
Ermənilərin “Böyük Ermənistan” xəyalına, Amerikanın Avrasiyanı nəzarət altına almaq istəməyinə, Rusiyanın əvvəlki SSR-i dövlətlərini nəzarət etmək istəməyinə, Türkiyənin Suriyaya, İraqa və Cənubi Qafqaza olan siyasətin başlıca səbəbi Gücdür !
Güc, mətbəxdə dolma bişirdiyin QAZ, maşınına tökdüyün BENZİNDİR.
Çox sadə, çox xırdalıqla yazmağa çalışıram. Bunu öyrənin və öyrədin ki, gələcək nəsillərimiz dünyada baş verən proseslərə qarşı Xocavəndimizi, Bakımızı və Azərbaycanımızı qoruya bilsinlər. Hansısa məhlənin tinində narkotik istifadə edib Peredoz getməsinlər. Hansısa məktəbin kənarında siqaret çəkib, əxlaqsızlıq edib gələcəkərini korlamasınlar.
Siz öyrənin, araşdırın ki, övladlarınız sizdən daima ən azı bir addım qabağda olsunlar.
