Sizin reklam burada
Sizin reklam burada
  • 11 ayın sultanı Ramazan ayı..

    Bu gün 15.04.2023 cü il tarixdə Ramazan ayı ilə əlaqədar Türkiyənin Azərbaycandakı Səfirliyi səfir cənab Cahit Bağcı Saatlı rayonu Fətəlikənd kəndinin məscidində Axısxa Türkləri ilə görüş keçirdi.
    "Atributinfo.az" xəbər verir ki, görüşdə Səfirliyin müşavirləri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı çox dəyərli Elmir Bagırov , Müsiad Azərbaycan təmsilçiliyinin sədri Rəşad Cabirli, Gencliyə Yardim Fondunun sədri Ahmet Tecim, iş adamları və kənd camaatı iştirak etdilər. Cənab səfir Ramazan ayı ilə əlaqədar həm Azərbaycan Türklərini, həmdə Axısxa Türklərini təbrik edərək, Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı Azəebaycan xalqı o cümlədən Saatlı camaatı tərəfindən edilən həm maddi, həm də mənəvi dəstəklərinə görə öz minnətdarlığını bildirdi. Allah bir daha tutulan orucları, edilən duaları dərgahında qəbul eləsin.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ