Sizin reklam burada
Sizin reklam burada
  • Saatlıda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

    13 aprel 2023-cü il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzinin 1 saylı şəhər klubunda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar barədə danışılıb, narkomanlığın insanlara və cəmiyyətə ziyanı barədə məlumatlar verilib.
    Çıxış edənlər narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat işinin mütəmadi aparılmasının vacibliyini qeyd ediblər.
    Tədbirdə Saatlı Peşə Liseyinin şagirdləri iştirak edib.

    Ağagül Nərimanov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ