Elmir Bağırov Azərbaycanın saf, dürüst, vicdanlı, əqidəli, idraklı ziyalılarından biridir. Onun qəlbən dövlətə, dövlətçiliyə bağlılığı, Heydər Əliyev siyasi kursuna sadiqliyi harda çalışmağından asılı olmayaraq özünü daim əməli şəkildə təsdiqləmiş və hazırda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı olaraq fəaliyyətində əks olunmaqdadır. Hər kəslə son dərəcə etik davranan, səmimi münasibət quran, bu insan təpədən dırnağa mənəviyyat adamı, əxlaq nümunəsidir.
Bu gün dəyərli dostumun dünyaya vəsiqə aldığı əlamətdar gündür. "Heydər Əliyev ili"ndə dünyaya gəlməyin özü də bir xoşbəxtlikdir. Xoş gəlmisiz, yeni yaşınız mübarək Elmir müəllim. Sizi başçılıq etdiyim "Atribut" qəzeti və "Atributinfo.az" saytının yaradıcı kollektivi adından, şəxsən öz adımdan ürəkdən təbrik edir, şərəfli həyat və fəaliyyətinizdə bundan sonra da yeni-yeni uğurlar, can sağlığı arzulayıram.
Dərin hörmətlə: Bəradər Səməndərli!
