Açılışda iştirak edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədr müavini Tural Novruzov məktəbliləri salamlayaraq onlara uğurlar arzulamışdır. Məktəblilər Düşərgənin “Şuşa İli” çərçivəsində məhz Şuşada təşkil edilməsinin çox əlamətdar olduğunu bildirmişlər. Eyni zamanda, Şuşanın azadlığı uğrunda şəhid olmuş qəhrəman hərbiçilərimizin düşərgədə iştirak edən övladları bu düşərgənin onlar üçün böyük mənəvi dəyəri olduğunu və iştirakdan qürur duyduqların bildirdilər.
Məktəblilər düşərgə boyunca Şuşa ilə yaxından tanış olur, onun tarixi, məruz qaldığı vandalizm və işğaldan sonrakı sürətli inkişafı haqqında məlumatlar əldə edirlər. İştirakçılar, həmçinin Zəfəri bizə yaşadanlarla görüş, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bədən dili, səmərəli təqdimetmə, emosional zəka, motivasiya və s. mövzularda keçirilən təlimlərdə iştirak edirlər.
