Təhsil Nazirliyindən bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3083 nəfər müraciət edib.
Onlardan 2266 nəfərin müraciəti müsbət cavablandırılıb:
"Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2668 nəfərdən 1915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir”.
"Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb”, - deyə nazirlikdən qeyd edilib.
Xatırladaq ki,2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə səkkizmindən çox tələbənin köçürülməsi həyata keçirilib.
