Sizin reklam burada
Sizin reklam burada
  • Heidər Babayi (Cahan)


    Heidər Babayi (Cahan)


    Gəraylı


    Bu pencərə günəş payim

    Önündə var çürək çayım

    Arxadan göz vurur ayim

    Daş atmayın qoy yaşayım

    ....

    Pencaram gözləyir yarı

    Düz sevdanı düz ilqarı

    Siz allahı sizi tarı

    Daş atmayın qoy yaşayım

    ....

    Pencərəmin iki güzü

    Ulduzlara baxır uzu

    Ürək dolu dardli sözüm

    Daş atmayin qoy yaşayım

    .....

    Pencərə dünya güzgüsü

    İnsanlər arzu surgusu

    Həyat xəyallar mürgüsü

    Daş atmayın qoy yaşayim


     Qoşma


    Tutulsa gözlərim ayilsə belim

    Titrəsə əllərim ağarsa telim

    Hələ də səslirəm səni mən gülüm

    Bir uşax yaşayır içimdə hələ

    ....

    Gözum yolda yaşıl bahar gözləyir

    Urman xəyalımda çinar gözləyir

    Koroğlu duyğumda niqar gozləyir

    Bir karvan arzusu köçumdə hələ

    .....

    Sinadıx düşmanın dostun neçəsin

    Axtadıx günəşi tapdıx gecasin

    Gəlib gəzənmədik  sevgi küçəsin

    Gecənin zənciri qıçımda hələ

    .....

    Deyirəm quş oləx buradan uçax

    Qardaşdır yarmlan bu qanlı pıçax

    Dedim bu sevdaya göz yumax geçak

    Deyirsən əllərin saçımda hələ


     

    Gozlərinə


    Saya gəlməz  qəmimi hər gecə say gözlərinə

    Gözum axtardı ama görmədi tay gözlərinə

    ..

    Bu gecə seirə çıxıbsan gecədən doymayıram

    Baxıban gor nə paxıllıq eilir ay gözlərinə

    ..

    Hamı bir pay çıxıri sevgili cananı üçün

    Canımı man çıxaram min kərə pay gözlərina

    ..

    Neyləyim har baxışilən canalır  garə gozun

    Aldı canım baxışın mincə haray gözlərinə

    ..

    Sənə gülmak yaraşır ağlama bəxtim garalar

    Bağrımı qan eləyib bağlama çay gözlərinə

    ..

    Gözlərim gözlərinilan danışıb qan yaş axir

    Saya gəlməz qəmimi hər geca say gözlərinə




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ