Sizin reklam burada
Sizin reklam burada
  • Vətən müharibəsi şəhidi Bəxtiyar Muradovun əziz xatirəsinə


    Avqust ayının 24-də, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan, Muradov Bəxtiyar Güloğlan oğlunun cənnətdəki mövlud günüdü. Ruhu şad olsun. Amin!


    QƏZƏL (Anasının dilindən)


    Oğul, nədən mənə verdin, bu qədri qəm, dözmürəm,

    Müsibətin məni hər gün edibdi xəm*, dözmürəm.


    Əmanətin qara daşdır, gözümdə yaş verdiyin,

    Azalmayır gecə- gündüz üzümdə nəm, dözmürəm.


    Geyinmişəm qara paltar, oğul, oyan, dur gedək,

    Bu nalədən olub, Allah, səsim də bəm, dözmürəm.


    Od olmusan, yana qəlbim, alovlanıb çatataç,

    Bu atəşin ocaq olsun, sönəndə şəm, dözmürəm.


    Kədər mənim ürəyimdən çəkilməyir, Bəxtiyar,

    Fələk verən qara gündür bu dərd, ələm, dözmürəm.


    Oğul, sənin, Yaradandan şəhadətin töhfədir,

    Çinar boyun göz önündən ötür müdəm, dözmürəm.


    Ömür yazan yaza, Lilpar, qələmlə bir ömrü kaş

    A qəhrəman, bala, ömrün olubdu kəm, dözmürəm.


    *Xəm- bukulmuş, əyilmiş


    Lilpar Cəmşidqızı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ