Şairənin yeni çapdan çıxmış şerlər kitabı "Qapımı döyən səs" adlanır.
Kitaba daxil olan bir həyat əsərinin bir kitabın adına çevrilməsi, təbii görünsə də , əsərdə təsvir edilən həyat tablosu bir insanın acı taleyini əks etdirib.
Şairənin bu "məsnəvi"si , insan taleyinin ,dərinliyindəki həyat gizlinlərini ortaya çıxarmaqla, Qəlbin həyat səsini oxucuya çatdırır.
Şairənin həyati-psixoloji duyğuları üzə çıxartması insanın ömür yolunun kəşməkeşliyini aydınlatmağa kömək edir.
Bu əsərin məsnəvi üslubu , Şairənin həyata olan baxışının diriliyini göstərməklə , insan hisslərinin həyat uzlaşısını moralizə edir.
Uğurlar arzulayıram şairə xanıma!
...
Hörmətlə:
Fiçoloq, Nəsib Abid
19 iyul 2026-cı il.
Savalan
Şərhsiz
Qapımı döyən səs"
Axşamın son saatı,bir səs döydü qapımı,
Yenə -yenə məni , bu səs gəlib tabımı?
İçəri daxil oldu,"qapqara" sonsuz kədər,
Dedi gətirdim Sənə, öz dünyamdan "bəd xəbər"!
Mən kədərin üstünə ,yüyürdüm "dəli" kimi,
Dedim:- burax əlimi, Yenə verdin "hökmü"nü?
Dedi:- gördüm gözünün, daha sildin yaşını,
Göz yaşı sənsiz qalsın,kimə atsın daşını ?!
Mən bu səsə qoşulub, tələsik evdən çıxdım,
Gedib çatdım dərdimə, yandım- yandım yaxılıdım.
Balaca bir otaqda,dünya boyda "dərd" vardı,
Vahiməli bir sükut ,məni özünə sardı!
İnanmadım gözümə, yapışdım əllərindən
Dedim:- yorğunmu düşdün, "yapyalnız" illərindən.
Dedim:- ay "son ümidim", buraxma əllərimi,
Axı, Sənsiz mən necə, çəkərəm dərdlərimi?!
Gecənin zülməti də ,hayqırtıma qarışdı,
Göz yaşım dar otaqda,hayqırtımla yarışdı..
Tez əllərindən tutub,sığal çəkdim saçına,
Axı bu yaraşmayır, Sənin cavan yaşına!
Bəs,atam-anam kim olar, kim qanadına alar?
Bu evin böyüklüyün,yükün bəs kim qaldırar?
Cavab vermədi mənə,səssiz olan "harayım",
Bilmədim necə onun,mən dərdinə "yara"yım?!
Pəncərədən əsirdi, "qara-hüzünlü" sükut,
Sanki, cavab verirdi :- "xoş günü",daha unut..
O an bürüdü məni,"təklik-tənhalıq hissi",
Əllərimi od aldı:- bu idi "dərdin pisi"?!
Ölmədi təkcə, "Fuad", - öldüm ,mən də onunla,
Sanki,dünya boşaldı,-"son" da gəldi "sonuy"la..
İçimdə qopdu fəryad,qanım dondu damarda ,
Ruhumdan ürəyimə ,sonsuz "acl" damar da?!
"İmdadım" yol almışdı,Yerdən ta Göyə qədər,
Səssizliyə bürünüb, "tutqun səma",ah hədər..
Gecənin uğultusu,dil açmışdı o anda,
Qulağına deyirdi:-"Bu da son", di yan da !
Ürəyim "qan ağladı",söküldü,nur- işıltı ,
Cadar-cadar dodaqdan,qopdu acı pıçıltı ..
Gah Tanrıya üz tutdum,gah da "qara yazı"ya,
Ancaq, "çarə" qalıbdır, təkcə, "Qələm-yazı"ya !
Hicran Fuad Əhmədli
