Sizin reklam burada
Sizin reklam burada
  • Cümşüd Əli Nur - "Hələ də özümə şair demirəm "


    Cümşüd Əli Nur

    Hələ də özümə şair demirəm

    Bütün meşələri qələm elədim,
    Sonsuz ümmanlardan mürəkkəb yapdım.
    Külli-kainatı kağız eylədim,
    Neçə deyilməmiş sözlər də tapdım.
    Hələ də özümə Şair demirəm!

    Keçib bu dünyanın dolaylarından,
    Şeirdən alınmaz qala yaratdım.
    Mahir qəvvas kimi daldım dərinə,
    Ümmanlar dibindən inci çıxartdım.
    Hələ də özümə Şair demirəm!

    İlahi ilhamı verəndən bəri,
    Qəzəllə dost oldum,sözlə can-ciyər.
    Qorxdum ki,özümə şair deyərəm,
    Sabirin, Müşfiqin ruhu inciyər.
    Hələ də özümə Şair demirəm!

    Doğma Vətən üçün,millətim üçün,
    Atılan toplara ayılmıramsa,
    Ədalət yolunda "ənəlhəq"deyib,
    Nəsimi babamtək soyulmuramsa.
    Hələ də özümə Şair demirəm!

    Ağzıma su alıb balıqlar kimi,
    Susub qınayıram Araztək çayı.
    Birləşmək uğrunda bir iş görməyib,
    Vahid görmürəmsə o tay,bu tayı.
    Hələ də özümə Şair demirəm!

    Cümşüdəm,təb alıb göylərdən, yerdən,
    Bir sənət marşının,son bəstəsiyəm.
    Şair olmasam da, yazıram hərdən,
    Mən sənət vurğunu, söz xəstəsiyəm.
    Hələ də özümə Şair demirəm!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ