Hicran Fuad Əhmədli
Öldür məni İlahı...
Öldür məni, istiqlaldan boylanan
şərəfin öz içində...
Öldür məni, yurd yerimin ulduzunda, ayında...Parlayan günəşində.
Öldür məni, hönkür-hönkür yaş tökülən yasımda, yeddimdə, üçümdə...
Öldür məni İlahi, öz dünyama köçüm də.
Öldür məni, üç rəngli bayrağımın əzəmətində.
Öldür məni, şəhid doğan anaların bətnində.
Öldür məni, tarix yazan oğulların sətrində.
Öldür məni, Vətən üçün neçə-neçə candan keçən ölməzlərin qismətin birində.
Öldür məni, Vətən adlı böyük oğul məzarının küncündə,
Öldür məni, qərib ruhun için-için Vətən deyən səsində.
Öldür məni, dünən ölən yox...Yox ölməyən didərgin Məmməd Əmin köçündə.
Öldür məni, azadlığı düşünən beyinlər seçimində.
Öldür məni, vətənimin aşiqləri biçimində.
Öldür məni İlahi, savaşı bitməyən öz içimdə.
Öldür məni, bu torpağın sızıldayan daşında
Öldür məni, vətənimin duman alan başında.
Öldür məni, zəfərinin dünyaya səs salan yaşında.
Öldür məni, Vətən adlı üzüyümün qaşında.
Öldür məni, millətimin ağrısında, yasında.
Öldür məni İlahı, öldür məni...Ya da, ya da istiqlalın dan yerindən asın da.
