Hicran Fuad Əhmədli
Gəl, bitirək savaşı
Al ürəyi sən məndən.
Bıçaq dirə köksümə,
Öldür məni təzədən...
Saf körpətək istəklər
Qucaqlayıb ümidi.
Ağuşunda uyuyan
Xəyallarım deyildi?
Dön bax tənha qadına
Əsərini bəyəndin?
Zavallının gözündə
Qurandan don geyindin...
Qoşun-qoşun arzular
Bakirədir hələ də.
Üfüqlərin ucundan
Həsrət dönüb gələ də.
