Sizin reklam burada
Sizin reklam burada
  • Hicran Fuad Əhmədli - "Bilə huyumu"


    Hicran Fuad Əhmədli

    Görən, yaxalığım dar olub, nədi?
    Sanki xirtdəyimdən bir əl yapışıb...
    Axı ürək niyə döyünür belə?
    Deyəsən, fələklə təzə tapışıb.

    Əlimin üstünə bir şillə çəkdim,
    Nəbadə, açasan sən önlüyümü.
    Namərd çamur atsa, onda mən gərək,
    Yazam, yeniləyəm bəxt günlüyümü.

    Qarşımda dumanı tək yara-yara,
    Açmışam bir zolaq, çis çaşbaş qalıb...
    Kölgəmə güvənib yola çıxmışam,
    Yolumda yolsuzlar önümü alıb.

    Dəli ruzigarın soyuq nəfəsi,
    Üşütmək istəyir inad ruhumu.
    Zavallı nə bilsin axı Hicranam...
    Gərək tanış ola, bilə huyumu.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ