Sizin reklam burada
Sizin reklam burada
  • Ləyla Sabir qızı


    Ləyla Sabir qızı
    1998-ci ildə Özbəkistanin Qəşqədərya vilayəti, Çiraqçı rayonunda anadan olub. “Küçük həqiqətlər: dünən və bu gün”, “Gənclər muşairəsi”, “Gənclik ilhamları” kimi toplularda şeir və nəsr əsərləri ilə iştirak edib.

    CƏZALAMA

    Söz — ürəkdə göz açan bulaq,
    Şeir — çıxışın gözləyən bir tan!
    Ləhzələri bir-bir yıxaraq
    Ürəksaat vuracaqdır zəng!

    Mənim hələ gülsözlərim çox!
    Amma nə vaxt açılar? Bilməm!
    Haçansa bu “duk-duk”lar susar,
    Sözçəmənim, yenə çiçəklə!

    Sözsükutlar qəlbimdə dolu,
    Duyğularım necə incinir!
    Yazamamaq, yazmamaqla heç
    Tanrım, məni cəzalandırma!
    Tanrım, məni cəzalandırma!

    KÜLƏK İLƏ SÖHBƏT

    Günəş işıq səpdi ovuclarıma,
    Susuz idim axı, doyunca içdim!
    Ey külək, gəl mənim ürəyimə bax,
    Mənə sən tək sirdaş olamaz heç kim!

    Yeri burax indi, hisslərim eşit,
    Sol köksüm altında ağrı var sim-sim…
    Daha danışmıram insanlara mən,
    Ən yaxşısı sənlə sakit danışırım...

    Çəkən “ah”larımdan oxuyursan ki,
    Səma qəlbdə təsəlli hissin yollayar…
    Gəl, bu gün tökülmüş ürək-ürəkdən,
    Ey külək, qəlb səni dinləmək istər!

    GÖY AĞLAYIŞI

    Ağrılarla dolub-daşan
    Olub səmanın köksü!
    Qaranlığı gözləmədən
    Üzülüb göz yaş tökdü !

    Oxub göy gurultusu
    İçindəkin faş etdi.
    Yağışlar üsyan ilə
    Özünü yerə atdı!

    Görsün axı dünyası,
    Səmada ürək yoxmu?!
    Köksünə sapladı yer
    İldırım sancmış oxu…

    Özün saxlamaz külək
    Ağaclardan aldı qəsd.
    Uzun sərv də yıxılıb
    Canını verdimi bəs...

    Dan açıldı… Sakitlik,
    Günəş yerə avutdu…
    Göy mavi libas geyib,
    Ağrısını unutdu…

    Ürəyin yanıb bəzən,
    İztıraplar sıxarsa...
    Hamısı keçib gedər
    Doya-doya ağlasan…

    DAN QIZI

    Küləklər dolaşar zəmində halsız,
    Dan qızı tərəfə gedərək fikri.
    Gecələr ağlayıb yorular hilal,
    Günəş qızdırmada yanar gün boyu.

    Sən isə gəzirsən, xoşbəxt və şadan,
    Dünya kədərləri qəlbimdə mənim.
    Göz yaşını silməm gərək, qəm yudub
    Çiyinləri titrəyən bu açunun...

    “Səbəbi nə?” demə, “Dayaq ol!” desəm,
    Burda qəlb danışır, dilim susacaq.
    Bəzən səbəbini soruşmadan da
    Kim istəyər səni, sənlə ovunacaq!

    Özbək dilindən uyğunlaşdıran:
    Rəhmət Babacan

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ