Sizin reklam burada
Sizin reklam burada
  • İyirmi beş il əvvəl törədilmiş qətlin üstü açılıb - BİRGƏ MƏLUMAT


    Prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

    Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

    Qeyd olunub ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 2001-ci il iyunun 30-da Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.

    Həyata keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin edilib.

    Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adamöldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Rövşən Zeynalov 2026-cı il oktyabrın 20-də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

    Oktyabrın 22-də Rövşən Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib.

    Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda Nəsimi Rayon Prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

    “Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

    Müharibələr, iğtişaşlar və insan taleləri... Fransada son günlərdə baş verən iğtişaşlar zamanı çəkilən yüzlərlə foto arasında bir kadr hadisələrin mahiyyətini ifadə edən simvolik görüntüyə çevrilib. 

    Gözlərindən yaş axırmış kimi görünən heykəlin fotosu sosial şəbəkələrdə, jurnallarda və BBC də daxil olmaqla, müxtəlif media orqanlarında yayımlanıb. İnsanların qaçışını, dağıntıları və qarşıdurmaları əks etdirən fotolar arasında məhz bu kadr özünəməxsusluğu ilə seçilib. 

    Fotoda həmin heykəl, onun arxasındakı divarda fransız dilində yazılmış “Azadlıq” sözü və iğtişaşçılardan biri eyni kadrda əks olunub. Həmin simvolik fotonun müəllifi, tanınmış fotojurnalist Reza Deqati kadrın çəkilmə tarixçəsi və Fransada şahidi olduğu anlarla bağlı təəssüratlarını bölüşüb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ