Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Xəlil Yusiflinin anım günüdür

    Bu gün Əməkdar elm xadimi, professor, "Şöhrət" ordenli, klassik Azərbaycan ədəbiyyatının,xüsusilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinin kamil bilicisi, tədqiqatçısı Xəlil Yusiflinin anım günüdür!
    Sentyabr unudulmaz Xəlil müəllimin ən çox sevdiyi aylardan idi...Ona görə ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi qədim Gəncədə gözlərini düyaya bu ayda açmışdı...O da Sentyabra daha çox Nizami Gəncəvi ayı deyirdi... Sentyabr ayını Xəlil müəllimə sevdirən başqa mühüm mətləblər də var idi..Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri ilə keçən əsrin 70-80-ci illərindən Azərbaycanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi, xatirəsi,məqbərəsi ilə bağlı verilən qərarlar,həyata keçirilən yerli və beynəlxalq tədbirlər, "Nizami günləri" Azərbaycan Nizamişünaslığının intibahı müstəvisində sentyabr ayının tarixə Nizami Gəncəvi ayı kimi həkk olunmasına səbəb olmuşdur...
    Sentyabr ayını Xəlil müəllimə sevimli,unudulmaz edən digər ən mühüm məqam isə Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin Baş Komandanlığı ilə qəhrəman Azərbaycan ordusunun rəşadəti ilə 44 Günlük Vətən Müharbəsində əldə edilən Tarixi Zəfərə gedən yolun bu ayda başlaması idi... Ömrünün son iki ilini bu qürurla yaşadı Xəlil müəllim!
    Sentyabr Xəlil müəllimə həm də ona görə doğma ay idi ki, çox sevimli, gələcəyimizsiniz dediyi tələbələri ilə yenidən görüşürdü...
    Bu il eyni zamanda unudulmaz Xəlil müəllimin 90 illik yubileyidir! Bu münasibətlə AMEA-nın prezidenti,akademik,hörmətli İsa Həbibbəylinin qərarı ilə Gəncə Bölməsində böyük alimə həsr olunan "Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri adlı beynəlxalq konfrans keçirilmiş və bu konfransın materialları iki cilddə nəşr olunmuşdur! Gəncə Bölməsində Xəlil müəllimin 90 illiyinə hazırlanan filmi Sizlərlə bölüşürəm!
    Akademik, hörmətli Rafael Huseynov Xəlil müəllimin sağlığında-85 illik yubileyində ona həsr etdiyi məqaləsini "İkiqat, üçqat əziz" adlandırmışdı...
    Biz də bizlər üçün ikiqat,üçqat,çox əziz Xəlil müəllimi rəhmətlə anır, Allahdan rəhmət diləyirik!
    Filmin ərsəyə gəlməsində İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşları Zakir Muradov və Rovshan Amiraslanogluna minnətdarlığmızı bildiririk!

    Əlimuxtar Muxtarov
    AMEA Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ