Şamaxı-Pirqulu avtomobil yolunda baş verən yol qəzasında ölənlərin sayı 2-yə çatıb.
Rayonun Qızmeydan kəndi ərazisində baş verən qəza zamanı sürücünün həyat yoldaşı Şövkət Aslanova hadisə yerində dünyasını dəyişib.
Sürücü Mətləb Aslanov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
