Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ-nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir

    ABŞ-nin sutkalıq neft istehsalı 13,8 milyon barel səviyyəsindədir

    Birləşmiş Ştatların gündəlik xam neft hasilatı artır.

    Bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

    EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 25 min barel artaraq sutkada orta hesabla 13 milyon 830 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 746 min barel azalaraq sutkalıq 6 milyon 593 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 8 min barel artaraq gündəlik 4 milyon 66 min barel təşkil edib.

    Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 800 min barel olacağı gözlənilir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ