Sizin reklam burada
Sizin reklam burada
  • "Ürəklər doyuntüsü" antologiyasının 5-ci cildi çapdan çıxdı

    Ağayi Əkbər Rzayi "Səssiz" təxəllüsu ilə yazıb-yaradan cənubi Azərbaycan şairidir. Təbrizli soydaşımızın müəllifi olduğu və o taylı, bu taylı şairlərimizin seçmə şeirlərindən ibarət xalqlararası, şairlər birliyi olan "Ürəklər döyüntüsü" antologiya kitabının artıq 5-ci cildi işıq üzü gördü.
    Bu arada qeyd edim ki, ustad şair dostumuz Oruc Dadaşi Elmanın bu kitabla bağlı xüsusi əməyi var. Belə ki, o, təkcə Bakıdan, Naxçıvandan deyil, eyni zamanda qonşu İranda, Gürcüstanda, Rusiyada yaşayan azərbaycanlı şairlərin, habelə İraq, Kıbrıs türklərinin, qardaş Türkiyənin tanınmış şairlərinin şeirlərini toplayıb kitaba daxil edib. Kitab 182 şairin şeirlərindən və 400 səhifədən ibarətdir. Hər şairq iki səhifəlik yer ayrılan sözugedən kitabda sevindirici haldır ki, mənim də şerlərim yer alıb.
    Kitabın nəfis şəkildə, yüksək tərtibatda hazırlanaraq ərsəyə gəlməsi münasibətilə qələm dostumuz, həmkarımız, müəllif Ağayi Əkbər Rzayini ürəkdən təbrik edir, poeziya təmsilçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

    Bəradər Səməndərli
    "Atribut" qəzetinin və "atributinfo.az" saytının baş yazarı


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ