Sizin reklam burada
Sizin reklam burada
  • Peyman Dejbani Gəbəlu


    Peyman Dejbani Gəbəlu

    Elinən

    Palaza bürünüb elinən sürün
    Bü sirrin hikmətin bilsən ,elinən
    Ağac öz səmtinə aşar deyiblər
    Gər qalsan elinən, ölsən elinən

    Zamanın tarının zili bəmi var
    Kimsəyə sevinci,kimə qəmi var
    Yaşayışın deyim hər bir dəmi var
    Ağlasan elinən, gülsən elinən

    Ay Peyman elinə öyünməlisən
    Onun qarşısında baş əyməlisən
    Qəm kədərin olsa tək yeməlisən
    Sevincini gərək bölsən,elinən

    Alışıqdan

    Sənət aləmində söz dünyasında
    Ayırdım özümə iz
    Tutmaram qeyrnə üz alışıqdan

    Vətəndə hörmətli,El içrə əziz
    Kəmalatda umman şeirdə dəniz
    Gəlin itirməyək alışıqı biz
    Gəlin götürməyək göz alışıqdan

    Şeiriyət oğrunda qayğılar çəkib
    Matahı gohərdir bazara töküb
    Qarşısında oğul_qızlar diz çöküb
    Yüzdə dərs alıblar yüz alışıqdan

    Peymanam etmişəm adını əzbər
    Odur bu sənətdə mərde por hünər
    Qələm tam quruyar qurtarar dəftər
    Amma heç qurtarmaz söz alışıqdan

    Gözəl

    Zülfünü yan dara məh cəmalından
    Zülmətin bağrını yara dan gözəl
    Səni incə gülüş xumar baxışla
    Nə gözəl yaradıb yaradan gözəl

    Hicranın qəmindən oldumu şikəstə
    Ay ləbləri qönçə dəhanı püstə
    Ömrümü yaşatdin hər an can üstə
    Dərdi ürəyimdə yaradan gözəl

    Əzəl mələyimsən,nazlı cananım
    Eşqin məzhəbində dinim imanım
    Peymanam sevgilim bu xəstə canım
    Sağalmır sən vuran yaradan gözəl

    Qalası oldun

    Atdın eşqimizi uydun əğyara
    Bir qəlbi daş zalim balası oldun
    Nakam sevgimizə könül vermədin
    Özgənin könlünü alası oldun

    Əl çəkdin ay gözəl, şah ürəyimdən
    Gah səndən incidim qah ürəyimdən
    Qaldırrdın göylərə ah ürəyimdən
    Həsrətin yıxılmaz qalası oldun

    Eşqinin çiçəyi qəlbimdə solmaz
    Bir kimsə könlümdə yerini almaz
    Dedim vüsal edək, dedin ki olmaz
    Ayrılıq sazını calası oldun

    Bal - qaymaq dil - dodaq, şirin sözünlə
    Ruhumu apardın ay qız özünlə
    O süzgün baxışla, Xumar gözünlə
    Canımı odlara salası oldun

    Sənlə ötən həftə gözəl, ay gözəl
    Gözlərimdə yoxdu sənə tay gözəl
    Ömür boyu xeyrin olsun ay gözəl
    Peymanın qəlbində qalası oldun.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ