Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Aydın - "Sevmə, ay ürək!"

    Ülvi Aydın - "Sevmə, ay ürək!"
    Sevmə, ay ürək!

    Sən mənim başıma nələr gətirdin?!
    Baxçamda lalə yox,tikan bitirdin.
    Əlimdə olanı salıb itirdin,
    Neçə yol söylədim, sevmə ,ay ürək!

    Yuxusuz gecələr oldu həmdəmim,
    Gündüzlər boynuma sarıldı qəmim.
    Söndü pərvanəsiz alışan şəmim,
    Neçə yol söylədim, sevmə, ay ürək!

    Ülvinin gözləri yaş oldu getdi,
    Eşq oxu daşlara tuş oldu getdi.
    Çəkdiyi qəm,qüssə boş oldu getdi,
    Neçə yol söylədim, sevmə,ay ürək!
    Nə günah etmişəm?!

    Nə günah etmişəm ,görən, fələyə?!
    Çəkir hər addımda sınağa məni.
    Kimə əl uzatdım, boş qaytardılar,
    Çəkmədi bir addım qabağa məni.

    Heç də düz gətirmir baxtımın xalı,
    Yaşamaq həvəsi düşür gözümdən.
    Tərsinə fırlanır dünyanın valı,
    Bezib-usanıram özüm-özümdən.

    Mən də baxça saldım, güllər bəslədim,
    Açmamış çiçəyi solur deyəsən.
    İçimdə boşluqdu, bu nə nəsnədi?!
    Ülvi yavaş-yavaş ölür, deyəsən!

    Allah

    Qardaş qardaşına kin ilə baxdı,
    Ocağı yanmadı, his gəldi,Allah.
    Qurudu su yolu,qan oldu, axdı,
    Niyə zəmanəmiz pis gəldi,Allah ?

    Hər şirin kəlməni acı eylədi,
    Yadları başının tacı eylədi.
    Yoldan keçənləri bacı eylədi,
    Niyə zəmanəmiz pis gəldi,Allah?

    Atanı,ananı qula çevirdi,
    Mənliyi, şərəfi pula çevirdi.
    Öz halal əyalın dula çevirdi,
    Niyə zəmanəmiz pis gəldi,Allah?

    Büdrəyər zamanın mindiyi atı,
    Yetişər dərgaha ağı,bayatı.
    Dönər zimistana Ülvi həyatı,
    Niyə zəmanəmiz pis gəldi,Allah?

    Hafis müəllim
    Mənə ədəbiyyatı sevməyi öyrədən Hafis Cəfərova

    Elm ilə çağlayan, elm ilə coşan,
    Qaynar bir bulaqdı Hafiz müəllim.
    Elm öyrətdiyi şagirdlərinə,
    Həmişə mayakdı Hafis müəllim.

    Zəkası dərindən dərindir, dərin,
    Fatehi olubdur, çox ürəklərin.
    Özündən sonrakı gənc nəsillərin,
    Yolunda çıraqdı Hafis müəllim.

    Çalışar həmişə köməyə yetsin,
    Hər bir yetiməsi irəli getsin.
    Elmlə, biliklə zirvəyə çatsın.
    Bu yolda oyaqdı Hafis müəllim.

    Ülvi də öyrəndi sizdən elmi,
    Ədəbi, ərkanı həyat təlimi.
    Unutmaz sizin tək bir müəllimi,
    Çox ömrə boyaqdı Hafis müəllim.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ