Öncə Azərbacan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu yad edilmişdir.
AYB Sumqayıt bölməsinin sədri, “Tərəqqi” medallı Gülnarə Cəmaləddin tədbiri giriş sözü ilə açaraq Azərbaycan mətbuatının inkişaf yollarını ətraflı şəkildə diqqətə çatdırmışdır. Diskussiya şəklində keçən dəyirmi masada Əməkdar jurnalistlər Eyruz Məmmədov, Rafiq Oday, Ətrabə Rzayeva, "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Quliyev, Zərdabi nəslinin davamçısı, “Zərdabi” poliqrafiya müəssisəsinin direktoru Aydın Məlikov, AJB-nin Şərqi Zəngəzur bölməsinin rəhbəri, "Bərgüşad" və “Sözün Sehri” qəzetlərinin redaktoru Qafqaz Əvəzoğlu, yazıçı-ssenarist, kulturoloq Hafiz Ataxanlı, AYB Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli, peşəkar jurnalist Aygün Hacıyeva, istedadlı yazıçı Mənsurə Xələfbəyli və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirmiş, məktəblilərin sullarına ətraflı və dolğun cavablar vermiş, təklif və tövsiyələrini ifadə etmişlər.
Tədbirdə qərara alınmışdır ki, irəli sürülən təkliflər əsasında şəhərin peşəkar media işçilərinin iştirakı ilə ayrı-ayrılqda görüşlər keçirilsin.
Sonda Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova şəhər rəhbərliyinin Milli Mətbuat günü münasibətilə media nümayəndələrinə təbrikini çatdırmış, onlara yeni-yeni nailiyyətlər arzulamışdır.
İlhamə Məhəmmədqızı,
“Sumqayıt” qəzetinin əməkdaşı
