Sizin reklam burada
Sizin reklam burada
  • Mənasız döyüşlər artıq əbəsdir

    Mənasız döyüşlər artıq əbəsdir Qənbər Əhmədli

    Ayılın insanlar, ayılın bəsdir!
    Mənasız döyüşlər artıq əbəsdir.

    Yenidən qopacaq Nuhun tufanı,
    Viranə qoyacaq bütün dünyanı

    Nə cahan qalacaq, nə canlı bəşər
    Zülümü ölümdən daha da betər.

    Məhv olub gedəcək küllü-kainat
    Hökm sürəcəkdir sonsuz bir həyat

    Gəlib sel basacaq bütün aləmi
    Batıb qərq olacaq dəryada gəmi

    Göylərin üzünü bulud alacaq
    Asiman günəşsiz, aysız qalacaq

    Bir yandan püskürüb od yağacaqdır
    Bir yandan dəryalar buzlaşacaqdır.

    Frionluq eyləyib çox sərkərdələr
    Bir vaxtlar məhv oldu mənəm deyənlər.

    Çinqiz xan, Batı xan, Teymurləng, Hitler
    Çəkəndə qılıncın silkələndi yer.

    İskəndər dünyadan bəd-xərrac aldı
    İnsanlar dilıəndi yalavac qaldı

    Allaha itaət olmasa əgər
    Dünyada görünməz fəlakət törər

    İnsanlar mehriban-səfərbər olsa
    Olmaz təhlükəsi neytron olsa

    Ayılın insanlar , ayılın bəsdir
    Mənasız davalar artıq əbəsdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ