Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycandakı diplomatik nümayəndəliklərin mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb

    Azərbaycandakı diplomatik nümayəndəliklərin mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mətbuat attaşelərinin Şuşa şəhərinə səfəri başlayıb.
    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsinə istinadən məlumat veririk.
    Qeyd olunur ki, səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtında bərpa işləri ilə, görməli yerlərlə tanışlıq baş tutacaq. Qonaqlara məşhur "Cıdır düzü"ndə xalq musiqisi təqdim olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ