Olarmı qırmaq?
Cəmi on iki yaş böyüyəm səndən,
Niyə əmin ilə qiyaslayırsan???
Məni qırxı çıxmış qoca bir bədən,
Özünü şux, gözəl, gənc qız sayırsan...
Təzə qırx səkkizi etmişəm tamam.
Sən otuz yeddiyə çəkirsən hücum...
Çəkdiyin boyalar silinsə inan,
Qoca nənələrə bənzərsən quzum...
Səni aldatmasın dən düşmüş saçlar.
Saçımı ağardan dərddi, kədərdi...
İçimdə dünyaya yetəcək eşq var,
Zahiri gözəllik gəldi, gedərdi...
Bəlkə də yaşıdıq, kim bilir canım...
Qızlarda adətdir yaşından almaq.
Bir gün tutar səni əzim, ahım,
Aşiqin qəlbini olarmı qırmaq???
