Sizin reklam burada
Sizin reklam burada
  • Ləyaqətdən danışanlara bax...

    Ləyaqətdən danışanlara bax... İttifaq Mirzəbəyli

    Bu fotoda görünən abırsız adam -- Fransanın Ermənistandakı səfiri Conatan Lakot 2018-ci ildə İrəvanda "qətiyyətlə" demişdi ki, Dağlıq Qarabağ münaqişəsi mütləq danışıqlar yolu ilə həll edilməlidir. O zaman "Xalq qəzeti"nin müxbiri öz yazısında hörmətsiz səfirdən soruşmuşdu ki, məgər işğalçı Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları danışıqlar yolu ilə alıb?
    İndi yenə xəbər gəlir ki, Fransanın İrəvandakı səfiri "Ermənistan ləyaqıtlə döyüşərək məğlub olmuşdur" -- zəvzəməsi ilə çıxış edib.
    Ola bilər. Ola bilər ki, Erməniztan Azərbaycan ərazilərinin 20 faizini ləyaqətlə viranəyə çevirib. 64 məscidi, yüzlərlə tarixi-mədəni abidəni ləyaqətlə darmadağın edib.
    Elə Fransanın özü də Afrikadakı bir çox ölkələrdə -- xüsusən, Əlcəzairdə milyonlarla yerli sakini məhz ləyaqətlə, amma şərəfsizcəsinə qətlə yetirmişdi.
    Bu gün dünyada ləyaqətdən danışanda dili qısa olmalı bir ölkə varsa, o da Fransadır. Çünki ləyaqəti olan ölkəni və ya dövləti bir ovuc terrorçu, qatil, quldur erməni satın ala bilməzdi. Bəlkə elə satılanda da "ləyaqətlə" satılıblar.
    Ləyaqətdən danışanlara bax...

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ