İbrahimli Sevda İbrahim qızı Naxçıvan şəhəri Culfa rayonu Bənəniyar kəndində 1965- də anadan olub. Gənc yaşlarından ədəbiyyatı sevib, şeir aləmində öz qələmi və dəsti-xətti ilə seçilmişdir.
İlk gündən bu günə kimi bir çox mükafatlara layiq olmuş, " Qızıl qələm" , "Azərbaycan bayrağı" ,"Heydər Əliyev" fəxri diplomu "Nəsimi Poeziya", "İlin vətənpər şairi", " Ziyadar" və bir çox diplomlarla təltif olunmuşdur.
Bir neçə antalogiyalarda dərc olunub. " Orda mən varam " kitabının müəllifidir.
Ailəlidir - üç övladı, altı nəvəsi var.
Sənsiz heçnədi
Heç bilmirsən sənsiz halım necədi,
Günəş doğmur, buludlu bir gecədi.
Üzün gülmür, danışmırsan, dinmirsən,
Taleinlə barışmırsan, küsmüsən.
Sən bilmirsən, həyat sənsiz necədi?
Zaman keçər,unudarsan demişdin,
İllər keçib unutmadım,mən səni,
Sevgi dolu bir nəğməydi gözlərin,
Qulağımda fısıltıydı, sözlərin.
Sən bilmirsən həyat sənsiz necədi?
Sən gələndə bahar idi yaz idi,
O vaxtları belə, qəmim az idi.
Hicran atəş tonqalını qaladın,
Vüsalına yetmək yolun bağladın.
Sən bilmirsən həyat sənsiz necədi?
Həsrət vurdu ürəyimdən qanadı,
Sızıldayan yarasından ,qan axdı.
Ürəyimin sağalmayan yarası,
Sən bilmirsən həyat sənsiz neçədi?
Sən bilmirsən həyat mənə heç nədi?
16.05.2020
Ey Vətən..!
Al qırmızı qana döndü qərənfillər,
Sıralanıb boyun bükdü,bənövşələr.
Şəhidinə qucaq açdı ana torpaq.
Şəhidinə, layla çaldı bütöv bir el.
Anaların laylasında göz yaşında,
Gözlərimin qəmlə dolu dəryasında.
Ruhumun söz bulağı aynasında,
Şəhidinə layla çaldı bütöv bir el
Bir ağlayan gözüm sənsən,el oğlum,
Bir ağlayan, gözüm vətən, de oğlum.
Aç qolunu qoynuna al, övladını,
Şəhidinə,layla çaldı bütöv bir el.
El oğludur sənə gələn,canım torpaq,
Ruhu mələk,şəhid bədən,kəfən bayraq.
Vətən üçün geydi kəfən,el oğlu,
Şəhidinə layla çaldı bütöv bir el .
Gözlərimin yaşı daşan,aynasına ,düzüldü.
Ruhumun söz bulağı dodağımda süzüldü.
Ağı dedim zirvələr də, dəryasında eşitdi,
Şəhidimə layla çaldı bütöv bir el,ağladı.
Ayrılıq var, ölüm var
Gözlərimdə sən adlı,
Sevgim, məhəbbətim var.
Ruhumun tək Sultanı
Ömrüm səadətim var.
Dəryalarda gəmim var,
Ürəyimdə qəmim var.
Yarım vəfasız olsa
Yaxasında əlim var.
Bahar mənəm yaz mənəm
Könlündəki qız mənəm.
Vəfasız olan yarın
Ürəyinə dərd qəmim.
Əzizinəm gözüm var,
Mənim səndə gözüm var.
Bu qədər sitəm etmə,
Ayrılıq var, ölüm var.
