Esmira Günəş
Eşqin qarğışı
Ay mənim yuxuma zəhər qatanım,
Ay mənim köksümdə ocaq çatanım,
Yetmədi əzabın...daha qayıt gəl,
Bağrımın başını az higgənlə dəl.
Gözümü yollara dikən, sevgilim,
Eşqi ürəyimdə tikən, sevgilim.
Gözümün giləsi göynəyir sənsiz,
Sən necə dayana bilirsən mənsiz?
Sən idin ömrümə-günümə həyan,
Dinib-danışmasam qəlbimi duyan.
De indi anlayan qolarmı məni?
Səninlə gedibdir qəlbimin təni.
Qara tellərimin bəyaz naxışı,
Nə yaman pis imiş eşqin qarğışı.
Yandırıb-yandırıb külə döndərmir,
Nə dəki gedəni geri göndərmir.
Qadınlar
O məğrur duruşu, şux baxışıyla
Ürəyə sevgini əkir qadınlar.
Atıb ürəyinə dərdi-qəmini.
Dünyanın yükünü çəkir qadınlar.
Sökür damla-damla gözünün yaşın,
Min bir qayğı ilə qataraq başın.
Salıb ürəyinə ayrılıq daşın,
Həsrəti qəlbinə tikir qadınlar.
Bütün cavanlığı solur bir anda,
Bəzən heç kimsəsi olmur yanında.
Körpəsi qucaqda ana olanda,
Səhərin dan yerin sökür qadınlar.
Diqqəti-qayğısı azalan zaman,
İstəmir fələkdən bircə an aman.
Daha yaşamağa qalmayır güman.
Dağılır dünyası çökür qadınlar.
