Sizin reklam burada
Sizin reklam burada
  • "Atribut" qəzetinin redaktoru Əli Allahverdiyev baba oldu

    "Atribut" qəzetinin redaktoru Əli Allahverdiyev baba oldu GÖZUNÜZ AYDIN OLSUN, ƏLİ MÜƏLLİM!

    Sevinclə kədərin vəhdətində qərar tutan gəlimli-gedimli dünyamız müjdələrlə doludur. Əlbəttə, hər dəfə aldığımız xoş müjdələr ömrümüzə rəng qatır, qəlbimizdə yaşam eşqini coşdurur, könül dünyamızı işıqlandırır.
    Bağbanı olduğumuz ömür bağında açan çiçəklər isə xoşbəxtlik açarını bizlərə təqdim edir, illərin yorğunluğunu unutdurur.
    Dəyərli dostum, qardaşım "Atribut"un redaktoru Əli Allahverdiyev bu mənada, az müddət öncə BABA ali rütbəsinə imza atdı, Azərbaycanımızın parlaq gələcəyinə bir ər-oğul nəvəsi doğuldu. Adını Aras qoydular.
    "Atribut" qəzetinin redaktoru Əli Allahverdiyev baba oldu
    Gözünüz aydın olsun, Əli müəllim! Ayaqları sayalı, qədəmləri uğurlu, gəlişi mübarək olsun, Aras balanın. Ata-anasına, vətəninə, torpağına, elinə layiqli övlad olsun!
    "Atribut" qəzetinin və "Atributinfo.az" saytının yaradıcı kollektivi adından hörmətli dostum Əli müəllim, sizi baba olmanız münasibətilə bir daha ürəkdən təbrik edir, gözaydınlığı verirəm.

    Bəradər Səməndərli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ