Qazana bilmədin məhəbbətimi,
Özünü sevdirə bilmədin mənə.
Soyuq arxivlərə döndü ürəyin,
Üşüyən qəlbini vermədin mənə,
Özünü sevdirə bilmədim mənə.
Soldun tarladakı zəmilər kimi,
Batdın dəryadakı gəmilər kimi.
Ruhsuz cəsəd kimi, ölülər kimi
Üzünü çevirdin, gəlmədin mənə,
Özünü sevdirə bilmədim mənə.
İnsan sevdiylə öyünə gərək,
Ürək məhəbbətlə döyünə gərək.
Acı xatirələr nəyimə gərək,
Qaş-qabaq salladın, gülmədin mənə,
Özünü sevdirə bilmədim mənə.
Bəradər, ömrümüz gəldi-gedərdi,
Yaşamaq sevincdi, ölüm kədərdi.
Görünür, bizimki bura qədərdi,
Əziyyət verirsən günbəgün mənə,
Özünü sevdirə bilmədim mənə,
Özünü sevdirə bilmədim mənə.
BƏRADƏR SƏMƏNDƏRLİ
