Sizin reklam burada
Sizin reklam burada
  • XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yaddaqalan anlar


    Əlimuxtar Muxtarov 

    AMEA Gəncə bölməsi,

    Nizami Gəncəvi Mərkəzinin direktoru 


    Azərbaycanın görkəmli elm xadimlərinin əhatəsində, iştirakı ilə  XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yaddaqalan, tarixi təqdimatlarda iştirak etdik, çıxış etdik. 

    24 oktyabrda ilk iştirak etdiyimiz təqdimat Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi inin layihəsi əsasında akademik Rafael Huseynovun ön sözü və Mehdi Gencelinin tərcüməsi ilə  böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin “Hüseyn Cavid – Pyeslər” kitabının Türkiyə türkcəsində nəşr edilmiş kitabının akademik, hörmətli Rafael B. Huseynovun moderatorluğu ilə təqdimatı oldu.  

    Rafael müəllim ifadə etdi ki,"Ulu Öndər Heydər Əliyev Hüseyn Cavidi Azərbaycan xalqına ikinci dəfə qaytarıb. Sovet ideologiyasının qızğın çağlarında onun nəşinin Azərbaycana gətirilməsini həyata keçirib. Bu, Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmət hesab edilir. Ulu Öndərin siyasətinin davamı kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Hüseyn Cavidin 125, 130, 135, 140 illik yubileyləri yüksək səviyyədə keçirilib. Hüseyn Cavidin adının və ədəbi mirasının yaşadılması və təbliği yolunda Ulu Öndərin müstəsna xidmətləri nəzərə alınaraq kitab böyük azərbaycanlı Heydər Əliyevin xatirəsinə ithaf edilib".

    İkinci  iştirak etdiyimiz tədimat tədbiri ICESCO-nun təşkilatçılığı ilə dəyərli Maryam Gafarzade xanımın moderatorluğu ilə  “Xəttatlıq və əlyazmalar: Yazı sənətinin gözəlliyi və kitabın yaddaşı” adlı undulmaz tədbir oldu. Tədbir çərçivəsində AMEA-nın prezidenti, akademik, hörmətli İsa Həbibbəyli başda olmaqla ölkəmizin və dünyanın görkəmli alimlərinin mövzu ətrafında çox maraqlı çıxışlarını dinlədik. 

    Günün sonuncu tədbiri isə Türk dünyasının ruhuna köklənən, ruhumuzu oxşayan dahi mütəfəkkirklər Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuşdur. Belə ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı” adlı  kitab Türk dünyasına ən böyük xidmətlərdən biridir. 

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor hörmətli Aktotı Raimkulovanın layihəsi, filologiya elmlər doktoru,hörmətli Almaz Ulvi Binnatovanın tərtibatçılığı nəşr olunan kitabın təqdimat moderatorluğunu gözəl şairimiz, ədəbiyyatşünas Ferid Huseyn həyata keçirdi. 

    "Nizami Gəncəvidən Əlişir Nəvaiyə qədər qardaşlıq ədəbiyyatı" adlı məqaləmin yer aldığı kitabın təqdimatında dəyərli alimlərimiz Elman Quliyev, Afaq Yusifli, Şəhla Məcidova və başqaları çıxış edərək öz qiymətli fikirlərini bildirdilər. 

    XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mobil Ramiz Oğlu Qarayevin təqdimatında Azərbaycan Texnologiya Universitetinin və Mahiyye Kerimova xanımın n təqdimatında Azərbaycan Milli Xalça Muzeyi - Azerbaijan National Carpet Museum stendini ziyarət etdim. 

    Bir daha  XII Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilindəki böyük xidmətlərinə, sadaladığım təqdimatlarangörə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə minnətdarlığımızı bildiririk!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ